Zaqatalada “Hyundai” aşdı, ölən var

Fevralın 2-də saat 2 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində Danaçı kənd sakini İsa Nuhiyev idarə etdiyi “Hyundai” markalı avtomobili idarə edərkən onu aşırıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişini Balakən rayon sakini Abdulla Mamiyev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

ŞOK! Dünya bu tarixdə DAĞILACAQ? - Asteroid SÜRƏTLƏ gəlir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR