Dəhşətli Cinayət! Sevgilisini qılıncla doğramaq istədi

Sevgilisinin telefonunda "Tinder" tətbiqi tapan 31 yaşlı Emily Xavyer sevgilisi Aleks Loveli yatarkən samuray qılıncı ilə doğramağa çalışıb.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, Emily Xavyer əvvəlki gün hamamda tapdığı qızılı saç tellərinə görə aldadıldığına tam əmin olub.

Bunun üzərinə, sevgilisini samuray qılıncı ilə doğramaq üçün onun yatmasını gözləməyə qərar verib.

Hirsli qadın sevgilisinin hər hansı birindən yardım istəməməsi üçün telefonları gizlədib və Aleks Loveli öldürmək üçün yatağın kənarına samuray qılıncı bərkidib.

Polis Aleks Loveli tapanda gənc adam qanlar içində uzanmış vəziyyətdə olub.

Həkimlər Lovelin qopan barmaqlarını təkrar tikiblər.

Qısqanc qadın 20 il həbs cəzasına məhkum edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR