İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Qondarma Qarabağ rejimi azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni həbsdən azad edib. Ermənistanda müxtəlif qruplaşmalar arasında mübarizə kəskinləşir. Rusiya və ABŞ arasında Yaxın və orta mənzilli raketlərlə bağlı müqavilənin ləğvi nüvə müharibəsi riskini artırır. Ukraynanın şərqində - hökumət gücləri ilə separatçıların təmas xəttində ötən gecə vəziyyət yenidən pisləşib.

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib. Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini almaq istəyir.

“Müdafiə nazirliyi lisenziyanın dayandırılmasını ləğv edib. Şirkət pilotsuz təyyarələri yuxarıda göstərilən müştəriyə satmağa davam edə bilər”, – “Aeronautics” məlumat yayıb.

Dağlıq Qarabağda “ərazilər əvəzinə sülh” variantı üzərində razılıqların əldə olunması haqqında məlumatlar yayıldığı vaxt Ermənistanın baş naziri Nikol Paşinyanın səsləndirdiyi əks fikirlər prosesi mürəkkəbləşdirdi. Faktiki olaraq, Paşinyanın mövqeyi danışıqlardan imtina etmək deməkdir. Paşinyan “Bolton planı” olaraq qəbul edilən bu variantdan niyə imtina edir? Ermənistanda “İctimai diplomatiya” mərkəzinin koordinatoru, politoloq Beniamin Matevosyan Paşinyanın bu yanaşmasının səbəblərini açıqlayıb.

Paşinyanın İKİ YOLU, 2017-ci ildə açıqlanan MƏXFİ PLAN... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Paşinyanın iki YOLU QALDI: Ya “Bolton planı”, ya da Qarabağda MÜHARİBƏ