Astara rayonunda torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, sürüşmə Pensərçayın rayonun Vaqo kəndindən keçən hissəsində baş verib.

Belə ki, rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və bəndlərin dib yamacı yuyulub. Nəticədə ümumilikdə 20 metr uzunluqda olan 16 torpaq qatı çaya aşıb. Həmçinin kəndin bəzi məhəlləarası yollarının eni azalıb.

Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri və texnikaları cəlb olunub, bəndlərin cari təmir işlərinə başlanılıb.