Çempionlar Liqasının 1/8 finalında “Tottenhem”in qonağı olacaq “Borussiya”nın London səfəri təxirə salınıb.

Metbuat.az “BBC”yə istinadən xəbər verir ki, buna səbəb Dortmun klubunun futbolçusu Jadon Sançonun pasportunu götürməyi unutması olub.

İngiltərəli yarımmüdafiəçi bunu hava limanında bilib və sənədini götürmək üçün evə qayıtmalı olub. Buna görə də komanda Londona başqa reyslə getməli olacaq.

Qeyd edək ki, “Tottenhem” – “Borussiya” oyunu sabah keçiriləcək.