Qurban Qurbanovun oğlu millimizdə poker etdi

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün növbəti yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, millimiz İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş yığmamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 6:1.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı poker edib. Yığmamızın digər qollarını isə İdris İnqilablı və Kamran Quliyev vurub.

Qeyd edək ki, Vüqar Məmmədin komandası ilk yoxlama görüşündə ispaniyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR