Belə şey olar? Görün bu qızlar

Sakaryanın Xəndək rayonunda, 2 evdən oğurluq edən və evlərə girərkən tanınmamaq üçün yaylıq bağlayan yaşları 15 ilə 20 arası olan 3 gənc qız yaxalanıb.


Metbuat.az Türkiyə KİV-inə istinadla bildirir ki, oğurluqla bağlı çox sayda cinayətləri olan 2 nəfər həbs olunarkən, yaşı kiçik olan bir nəfər isə adlı nəzarətlə sərbəst buraxılıb.

Xəndək Yeni Məhəllədə eyni ərazinin içində 2 ayrı evə girən oğrular zinət əşyaları və pulları oğurlayıb.

Polis, evlərdə dəlil toplayaraq, ətrafdakı təhlükəsizlik kameralarına baxıb.

Xəndək Rayon Polis İdarəsinə bağlı qruplar, təhlükəsizlik kameraları sayəsində 3 nəfərin kimliyini müəyyən edib. Evlərə girərkən tanınmamaq üçün yaylıq bağlayan A.Ç. (15), S.İ. (20) və D.U. (19) adlı 3 gənc qız Adapazarında olduqları evdə yaxalanıb.

Aparılan araşdırmada A.Ç.nin oğurluq cinayətindən 8, S.İ.nin 9 və D.U.nun 24 cinayətinin olduğu müəyyənləşdirilib.

Ədliyyəyə sövq edilən S.İ. Və D.U. həbs olunarkən, A.Ç. isə adlı nəzarət şərti ilə sərbəst buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR