PSJ-nin baş məşqçisi iki oyunluq cəzalanıb

PSJ-nin baş məşqçisi iki oyunluq cəzalanıb
18:57 15 Fevral 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Fransanın PSJ futbol klubunun baş məşqçisi Tomas Tuxel iki oyunluq cəzalandırılıb. 
"Report" Fransa Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı almaniyalı mütəxəssis ölkə kubokunun iki matçında texniki zonada yer ala bilməyəcək. 
Buna Tuxelin 1/8 final mərhələsində səfərdə "Vilfranş"la matçdakı davranışları səbəb olub. 
Qeyd edək ki, qarşılaşma PSJ-nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Paris təmsilçisi 1/4 finalda "Dijon"la qarşılaşacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/psj-nin-bas-mesqcisine-iki-oyunluq-ceza

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR