Ağcabədidə mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Ağcabədidə mənzildən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
19:12 15 Fevral 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 15 fevral. REPORT.AZ/ Ağcabədi rayonunda oğurluqla məşğul olan şəxs saxlanılıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, Ağcabədi rayon sakini olan bir qadın rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verilib. Şöbədə dərhal əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 500 manat və 1000 rus rublu, habelə qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş, Hindarx qəsəbə sakini Nicat Savalanov saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirlər ilə onun cari il yanvarın 30-da rayon ərazisindəki daha bir evdən 150 manat pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı rayon polisində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-ogurluqla-mesgul-olan-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR