Çində kağız fabrikində zəhərlənmə: 7 nəfər ölüb

Çində kağız fabrikində zəhərlənmə: 7 nəfər ölüb
12:22 16 Fevral 2019
79 Dünya
Ölkə mətbuatı
A- A+

Çində fabrikdə baş verən zəhərlənmə səbəbindən 7 nəfər dünyasını dəyişib.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, hadisə Çinin Dunquan şəhərində yerləşən "Shuangzhou Paper Ltd" şirkətinə məxsus kağız fabrikində baş verib.

Ölənlərin qazdan zəhərləndiyi deyilir. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan iki nəfərin isə vəziyyəti normaldır.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər digər işçiləri xilas edə biliblər.

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən 7, zəhərlənən 2 nəfər digər işçilərdən fərqli olaraq zavodun çirkab suları axan hissəsində olublar.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/731103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR