Bu il "Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb

Bu il "Formula 1" yarışlarında marşal olmaq istəyənlərin sayı artıb
15:12 16 Fevral 2019
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Formula 1" yarışmasının uğurlu keçməsi həm yerli, həm də xarici marşalların marağını xeyli artırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev deyib.

O bildirib ki, hər il marşal kimi fəaliyyət göstərmək istəyənlərin sayı durmadan artır: "Ötən il 1603 nəfərin marşal olmaq istəyi qeydə alınmışdırsa, bu il say 2445 nəfər təşkil edib. Bu, bizim üçün cox sevindirici və qürurvercidir".

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərkibində fəaliyyət göstərən marşalların görüşü keçirilib. Görüşdə ötən ilin yekunları, fevral ayının əvvəllərində 1300 nəfərə yaxın marşal üçün start verilmiş təlimlərin plana uyğun olaraq yerinə yetirilməsi, 2019-cu il "Formula 1" mövsümü üçün reqlamentdə baş vermiş dəyişikliklərin nəzərdən keçirilməsi, ümumilikdə "Formula 1" Azərbaycan Qran Prisinin gələcəkdə daha da mükəmməl keçirilməsi məsələləri müzakirə edilib. Tədbirdə 100 nəfər rəhbər marşal iştirak edib.

Məlumat üçün bildirək ki, əgər 2016-ci ildə təlimlər xarici marşallar tərəfindən keçirilirdisə, 2017-ci ildən etibarən bu təlimlərə yerli marşallar rəhbərlik edir.

"Formula 1" açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. "Formula 1" üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.

İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutub.

Bu il Bakıda artıq 4-cü dəfə keçiriləcək "Formula 1" yarışlarına aprelin 26-dan start veriləcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/731184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR