Nigeriyada prezident seçkisi təxirə salınıb

Nigeriyada prezident seçkisi təxirə salınıb
15:17 16 Fevral 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Nigeriyada prezident seçkisinin başlamasına bir neçə saat qalmış səsvermə fevralın 23-dək təxirə salınıb.
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Müstəqil və Milli Seçki Komissiyasının sədri Mahmud Yakubu bildirib.
O, açıqlamasında bildirib ki, fevralın 16-da Nigeriyada keçirilməsi planlaşdırılan Prezident seçkisi “loqistika və əməliyyat” problemləri səbəbindən fevralın 23-dək təxirə salınıb. Mahmud Yakubu martın 2-də keçiriləcək əyalət valiləri və məclis üzvləri seçkilərinin martın 9-dək təxirə salındığını qeyd edib.
“Bu, komissiya üçün çox çətin bir qərardır, ancaq seçkilərin uğurlu bir şəkildə keçirilməsi və demokratiyanın qorunması üçün bu addımı atmalı idik”, - deyə komissiya sədri vurğulayıb.
Prezidentliyə ən güclü namizəd olaraq, Tam Mütərrəqi Konqresindən hazırkı Prezident Məhəmməd Buxari və Xalqın Demokratik Partiyasından Atiku Əbubakar göstərilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/nigeriyada-prezident-seckisi-texire-salindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR