Nigeriyada prezident seçkilərinin vaxtı dəyişdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Nigeriya Müstəqil və Milli Seçki Komissiyasının rəhbəri Mahmud Yaqubu məlumat verib. Bildirib ki, hazırlıq işləri başa çatmadığına görə fevralın 16-na təyin olunmuş seçkilər fevralın 23-də keçiriləcək. M.Yaqubu prezident seçkiləri ilə bərabər, martın 2-də keçirilməsi nəzərdə tutulan əyalət rəhbəri və parlament seçkilərinin də vaxtının dəyişdirildiyini qeyd edib. Bildirib ki, bu seçkilər martın 9-na keçirilib.

Milli.Az