Cüdoçumuz Avropa kubokunda qızıl medal qazanıb

Fevralın 16-da Romada start götürən açıq Avropa kubokunun birinci günündə Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulub.

Metbuat.az xəbər verir ki, onlardan Oruc Vəlizadə (60 kq) uğurla çıxış edib. İdmançımız rusiyalı Həmzət Zairbəyov, fransalı Vinsent Anquest, qazaxıstanlı Bairjan Zauntayev və fransalı Siven Qulen üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə Dauren Syukennovu (Qazaxıstan) məğlub edən cüdoçumuz qızıl medal qazanıb.
Əllidən çox ölkədən 300-dən artıq cüdoçunun mübarizə apardığı turnirə fevralın 17-də yekun vurulacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR