Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib, ölənlər və yaralananlar var

Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib, ölənlər və yaralananlar var
01:52 18 Fevral 2019
88 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib.
Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.
Nigeriya ordusunun rəsmisi Sagir Musa bildirib ki, hücum ölkənin şimal-şərqində, Yobe əyalətində baş verib. Buni Yadoda terrorçularla atışma zamanı 4 hərbçi həlak olub, habelə daha 5 əsgər xəsarət alıb.
Atışma zamanı 5 terrorçu öldürülüb. Sagir Musa terrorçulara məxsus çoxlu sayda motosikletin və döyüş sursatın ələ keçirildiyini bildirib.
Nigeriyada "Boko Haram" terrorçularının 2000-ci ilin əvvəllərindən davam edən hücumları nəticəsində 20 mindən çox insan həlak olub. 
Daha əvvəl Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/terrorcularin-hucumu-zamani-4-herbci-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR