Dünyanın ən bahalı əsəri saxtadır? - BÖYÜK QALMAQAL - FOTO

Dünyanın ən bahalı əsəri saxtadır? - BÖYÜK QALMAQAL - FOTO
14:22 18 Fevral 2019
118 Maraqlı
Ölkə mətbuatı
A- A+

İncəsənət aləmini sensasiyalı xəbərdən qaynaqlanan qalmaqal çalxalayır. İddialara görə, dahi italyan rəssam, İntibah dövründə yaşamış Leonardo da Vinçinin 15-ci əsrin sonlarında çəkdiyi "Salvator Mundi" ("Dünyanın xilaskarı") tablosu, sən demə, ona məxsus deyilmiş.

Tablonun da Vinçinin köməkçilərindən biri tərəfindən çəkildiyi deyilir.

Məhz bu səbəbdən Parisdəki Luvr Muzeyi ötən ilin oktyabrında Leonardo da Vinçinin əsərlərindən ibarət ekspozisiyaya "Salvator Mundi"ni daxil etməyib. Məşhur fransız sənətşünas Jak Frank isə Fransa prezidenti Emmanuil Makrona məktub yazaraq onu sərginin açılış mərasiminə qatılmamağa çağırıb: "Əgər "Salvator Mundi"nin da Vinçi yox, onun köməkçilərindən biri çəkdiyi sübut olunarsa, bu, böyük qalmaqal yaradacaq".

Bərpa olunmuş "Salvator Mundi" 2011-ci ildə London Milli Qalereyasında nümayiş olunub. 2018-ci ildə isə Nyu-Yorkdakı "Christie's" hərracında əsər 450 milyon dollara satıldı və dünya tarixinin ən bahalı əsərinə çevrildi.

Əsərin alıcısı isə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd ibn Salman idi.

Ötən ilin payızında əsər Luvr Muzeyinin Əbu-Dabidəki filialında sərgilənməli idi. Lakin nümayiş yenə təxirə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/731583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR