Milli.Az xəbər verir ki, Şirvan şəhərində yaşayan 19 yaşlı Elnarə Rüstəmova özünü Kür çayında boğmağa qərar verib. Bayramlı qəsəbəsində yaşayan qız dünən özünü çaya atıb.
Əldə etdiyimiz məlumata görə, tibb bacısı bir neçə ay əvvəl nişanlanıb. Lakin elə bundan az sonra sol qolunun altında şiş aşkarlanıb. Onun özünə qəsd etməsində də məhz elə xəstəlik əsas versiyadır.
Şirvan Şəhər Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Gülər
Milli.Az