[ 02 May 2015 11:32 ]



Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada iki gənci bıçaqlayan şəxs tutulub.

Zaqatala Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 30-u axşam saat 23 rədələrində rayonun Əliabad qəsəbəsində, qəsəbə sakinləri - 1996-cı il təvəllüdlü Ruslan Rəhim oğlu Hüseynova və 1994-cü il təvəllüdlü Fərhad Xanlar oğlu Abdullayevə bıçaq xəsarətləri yetirən şəxsin Salyan rayon sakini 1993-cü il təvəllüdlü Seymur Natiq oğlu İsmayılov olduğu müəyyən olunub.

Keçirilmiş tədbir nəticəsində Seymur İsmayılov tutularaq istintaqa təhvil verilib.

Məlumatda bildirilir ki, aprelin 30-da Seymur İsmayılovla Əliabad qəsəbə sakinləri Ruslan Hüseynov və Fərhad Abdullayev arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib.

Münaqişə zamanı Seymur İsmayılov üzərində gəzdirdiyi bıçaqla Ruslan Hüseynov və Fərhad Abdullayevə xəsarət yetirərək hadisə yerindən qaçıb.


Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.