Cəlilabad sakinindən 8 kq-a yaxın narkotik götürülüb

Cəlilabad sakinindən 8 kq-a yaxın narkotik götürülüb
01:43 19 Fevral 2019
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini D.Cəfərli 79 qrama yaxın narkotik vasitə olan tiryəki satarkən cinayət başında yaxalanıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi Ş.Novruzov da saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə oradan çəkisi 2 kiloqram 158 qramdan artıq heroin, 6,1 kiloqrama yaxın tiryək, 174 qramdan çox həşiş və 42 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3021033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR