Horadiz şəhər Muğam Mərkəzində “Ana Vətən” adlı konsert keçirilib - FOTO

Horadiz şəhər Muğam Mərkəzində “Ana Vətən” adlı konsert keçirilib - FOTO
14:37 20 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Horadiz şəhər Muğam Mərkəzində "Ana Vətən" adlı konsert keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Füzuli rayon Horadiz şəhər Muğam Mərkəzində Bakı şəhər 4 nömrəli uşaq incəsənət məktəbinin "Ana Vətən" adlı konsert proqramı təşkil olunub.

Tədbirdən öncə foyedə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfininin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Füzuli rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər, şəhər əhalisi iştirak edib.

Məktəbin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət rəngarəng konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdən sonra 4 nömrəli uşaq incəsənət məktəbinin kollektivi Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini və aprel döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/732351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR