Bolqarıstanlı nazir: "Cənub Qaz Dəhlizi" bütün Aİ-nin enerji təhlükəsizliyini möhkəmləndirəcək

Bolqarıstanlı nazir: "Cənub Qaz Dəhlizi" bütün Aİ-nin enerji təhlükəsizliyini möhkəmləndirəcək
19:12 20 Fevral 2019
Ölkə mətbuatı
A- A+

"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi bütün Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyini möhkəmləndirəcək".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Temenujka Petkova Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib.

Nazirin sözlərinə görə, Bolqarıstanın üstünlüyü "Cənub Qaz Dəhlizi"nin Cənub-Şərqi Avropadan keçməsidir:

"Bu təkcə ölkəmizin yox, həm də bütün Aİ-nin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bolqarıstan "Cənub Qaz Dəhlizi"nin ayrılmaz hissəsidir və təbii qaz mənbələrinin və tədarük marşrutlarının real şaxələndirilməsini təmin edən qaz layihələri üzərində işləməkdə davam edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/732493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR