“Barselona” Markus

“Barselona” hazırda “Mançester Yunayted”də çıxış edən Markus Reşfordu heyətinə qatmaq istəyir.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı məlumata görə, kataloniyalılar ingiltərəli futbolçunu transfer etmək üçün 100 milyon avro xərcləməyə hazırdırlar. "MY"nin bu məsələyə münasibəti hələlik bəlli deyil.

Amma yayılan digər xəbərə görə, 21 yaşlı hücumçu özü yetirməsi olduğu “qırmızı şeytanlar”da qalmaq istəyir. Onun klubu ilə 6 illik müqavilə imzalayacağı da iddia edilir.

Qeyd edək ki, Markus Reşford İngilltərə milli komandasının da üzvüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR