Bakı. Trend:

Nigeriyanın Zamfara ştatında 180-dən çox cinayətkar Dancibqa yaşayış məntəqəsinin sakinlərinə hücum edib.

Trend-in "Nation" nəşrinə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində cinayətkar qruplaşmanın 59 üzvü və 7 yerli sakin həlak olub.

Bildirilir ki, toqquşmalar 4 saata yaxın davam edib. Daha sonra toqquşma baş verən yerə hərbçilər cəlb edilib.

Hərbçilərin nümayəndəsi mayor Klement K.Abiade bildirib ki, onlar toqquşma haqqında məlumat toplayırlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin