"LUKoil" şirkətin səhmlərinin bazardan alınması üzrə proqramı artıq 2020-ci ildə bitirə bilər

"LUKoil" şirkətin səhmlərinin bazardan alınması üzrə proqramı artıq 2020-ci ildə bitirə bilər
16:17 22 Fevral 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ "LUKoil" şirkəti  səhmlərinin geri alınması (buyback) proqramının 2020-ci ildə tamamlanacağını gözləyir. 
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə şirkətin vitse-prezidenti Leonid Fedun məlumat verib.
"Hələlik, proqramı xeyli qabaqlama ilə gedirik, artıq səhmlərin bazardan satın alınması üçün 1 milyard dollardan çox vəsait xərclənilib. Fikrimcə, prosesi 2020-ci ildə də yekunlaşdıra bilərik. Bu, bazardakı vəziyyətdən asılı olacaq", - deyə o vurğulayıb. 
Qeyd edək ki, "LUKoil" 2018-ci ilin sentyabrın 3-də, təxminən, 3 milyard dollar məbləğində açıq bazarda şirkətin səhmlərinin və qlobal depozit qəbzlərinin geri satın alınması üzrə proqram başlatdığını elan edib. Daha əvvəl proqramın 2022-ci il dekabrın 30-da başa çatdırılması planlaşdırılırdı.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/lukoil-sehmlerinin-bazardan-alisini-2020-ci-ilde-bitire-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR