Xocalı soyqırımı Bişkekdə qeyd ediləcək

Xocalı soyqırımı Bişkekdə qeyd ediləcək
21:13 22 Fevral 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

26 fevral Xocalı soyqırımı hadisəsi Bişkekdə geniş qeyd ediləcək.

Publika.az xəbər verir ki, fevralın 25 də Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun təşkilatçılığı ilə Bişkek şəhəri mərkəzləşdirilmiş kitabxanalar sistemində Xocalı soyqırımı hadisəsi geniş qeyd ediləcək. Mərkəzləşdirilmiş kitabxanalar sisteminə daxil olan 28 kitabxanada eyni vaxtda fondun sifarişi ilə qırğız dilinə tərcümə edilib, dublyaj edilmiş “Xoca” filmi nümayiş etdiriləcək.

Tədbirdə Səfərov Osman, Qırğızıstan azərbaycanlılarının əlaqələndirmə mərkəzinin prezidenti Rəsulov Cəbi, aprel inqilabı qəhrəmanı Məmmədhəsənov Yusif, Azərbaycan diasporlar assosiasiyasının təmsilçisi Əsəd Əsədov, Türk diasporunun lideri Mürəfəddin Sakimov, kitabxanaların oxucuları, alimlər və ziyalılar iştirak edəcəklər.

Bundan başqa, tədbir iştirakçılarına Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə edilib nəşr etdirilmiş, Qafar Əliyevin müəllifi olduğu “Müasir Azərbaycanın banisi, xilaskarı və qurucusu” rus, qırğız və qazax dillərində, Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” rus və qırğız dillərində, AMEA müəlliflər qrupunun ərsəyə gətirdiyi “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər tarixi faktlarla” rus və ingilis dillərində kitabları hədiyyə ediləcəkdir.

Qeyd edək ki, yuxarıda adları çəkilən kitablarda 26 fevral Xocalı faciəsindən bəhs edən geniş yazılar öz əksini tapıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/270552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR