Bakı. Samir Əli - Trend:

Bakıda bir ailənin 3 üzvü itkin düşüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Yeni Suraxanı qəsəbəsi, ev 45-də yaşayan 1995-ci il təvəllüdlü Bağırova Raziyyə Fəxrəddin qızı övladları - 2015-ci il təvəllüdlü Bağırova Mövlanə Elvin qızı və 2017-ci il təvəllüdlü Bağırov Səccad Elvin oğlu ilə birlikdə fevralın 20-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Polis faktla bağlı araşdırmalara başlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin