“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən oyundan sonra bunları söyləyib:
– Maraqlı oyun oldu. Əfsuslar olsun ki, qalib gələ biımədik. Xeyli sayda qol epizodumuz oldu, ancaq istifadə edə bilmədik. Bir xal qazandıq, iki xal itirdik. Çempionatda belə xal itkiləri olacaq. Qarşıda çəti oyunlar gözləyie.
– Araz Abdullayevi əvəzedici komandaya göndərməyinizin
səbəbi nə idi?
– Performansından narazı idim. Ona görə göndərmişəm.
– Coşqun Diniyevdən bu cür oyun
gözləyirdizmi?
– Hər hansı bir fikir səsləndirmək düzgün olmaz. Futbolda belə
amillər olur. Komandadan gedən futbolçu, əvvəlki komandasına qarşı
yaxşı hazırlaşır.
– Əvəzetmə etməməyinizin səbəbi nə idi?
– Hücum xətti üçün iki futbolçu var idi. Abdullah Zubir və İnnosent
Emeqara. Zubirin zədəsi var idi. Ağrıları olduğu üçün meydana
buraxa bilmədik. Oyunun bitiminə az qalmışdı. Oyun ritmimiz
pozulmasın deyə, Emeqaranı oyuna buraxmadım.
– Qış fasiləsindən sonrakı “Qarabağ” sizi nə qədər razı
salır?
– Daha da yaxşı oyun göstətməyə çalışırıq. Ayrı-ayrılıqda hər
futbolçunun da performansı yaxşı olmalıdır. Çox istərdim ki, 4
turdan sonra 12 xal toplayaq. Razı qaldığım oyunlar da var,
qalmadığım da.
– “Neftçi”nin “Səbail”lə matçda xal itirməsini
arzulayırsızmı?
– Xeyr. Öz oyunumuzun yaxşı olmasını arzulayıram. Öz oyunumuza
fikir veririk. Bütün oyunların bol qollu və maraqlı keçməsini
istərdim.
– Musa Qurbanlını nə vaxt əsas heyətdə görmək
olar?
– Deyə bilmərəm. Hələ tezdir. Bilmək olmaz ki, əsas heyətə layiq
olacaq, ya yox. Qol vurmaq o demək deyil ki, böyük futbolçudur.