Azərbaycanın cüdo millisi Böyük Dəbilqə turnirində 4 medal qazanıb

Azərbaycanın cüdo millisi Böyük Dəbilqə turnirində 4 medal qazanıb
23:02 24 Fevral 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın cüdo üzrə milli komandası Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirində 4 medal qazanıb.
"Report"un məlumatına görə, son yarış günündə yığma üzvləri 1 qızıl, 2 bürünc medala sahib olublar.
90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev finalda yaponiyalı Sanşiro Muraonu, 100 kq çəkidəki Zelim Kotsoyev və qadınlardan 78 kq-dan yuxarı çəkidəki İrina Kindzerska 3-cü yer uğrunda görüşdə müvafiq olaraq, serbiyalı Boyan Dosen və tunisli Nihel Şeyx Ruhunu məğlub ediblər.
Ötən gün isə 73 kq çəkidə Rüstəm Orucov bürünc medal əldə edib.
Böyük Dəbilqə, 24 fevral
Kişilər
90 kq
FİNAL. Məmmədəli Mehdiyev - Sanşiro Murao (Yaponiya)
1/2 final. Məmmədəli Mehdiyev - Aleksandar Kukol (Serbiya)
1/4 final. Məmmədəli Mehdiyev - İvan Felipe Silva Morales (Kuba)
1/8 final. Məmmədəli Mehdiyev - Robert Florentino (Dominikan Respublikası)
1/16 final. Məmmədəli Mehdiyev - Hebilige Bu (Çin)
1/32 final. Məmmədəli Mehdiyev - Li Koçman (İsrail)
100 kq
Bürünc medal görüşü. Zelim Kotsoyev - Boyan Dosen (Serbiya)
1/2 final. Zelim Kotsoyev - Kentaro İida (Yaponiya)
1/4 final. Zelim Kotsoyev - Ramadan Darviş (Misir)
1/8 final. Zelim Kotsoyev - İvan Remarenko (BƏƏ)
1/16 final. Zelim Kotsoyev - Xoakim Dvarbi (İsveç)
1/32 final. Zelim Kotsoyev - Aaron Fara (Avstriya)
1/8 final. Elmar Qasımov - Loren Böhler (Avstriya)
1/16 final. Elmar Qasımov - Tomas Briseno (Çili)
+100 kq
1/8 final. Uşangi Kokauri - Yohannes Frey (Almaniya)
1/16 final. Uşangi Kokauri - Ceyqu Yun (Cənubi Koreya)
Qadınlar
+78 kq
Bürünc medal görüşü: İrina Kindzerska - Nihel Şeyx Ruhu (Tunis)
1/2 final. İrina Kindzerska - İdalis Ortis (Kuba)
1/4 final. İrina Kindzerska - Maria Suelen Alteman (Braziliya)
1/8 final. İrina Kindzerska - Kseniya Çibişova (Rusiya).

***20:34
Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.
"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində yer alan 26 yaşlı idmançı karyerasında ilk dəfə nüfuzlu yarışın qızıl medalını qazanıb.
O, finalda yaponiyalı Sanşiro Muraonu məğlubiyyətə uğradıb.

***12:51
Bakı. 24 fevral. REPORT.AZ/ Almaniyanın Düsseldorf şəhərindəki Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın daha 5 cüdoçusu tatami üzərinə çıxacaq.
"Report"un məlumatına görə, bu gün ağır çəkililər mübarizə aparacaqlar.
Kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov 1/16 finalda Tomas Briseno (Çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (Çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya Çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqə turnirində 15 cüdoçu ilə təmsil olunur. Hələlik onlardan yalnız Rüstəm Orucov 73 kq çəkidə bürünc medal qazanıb. Nüfuzlu yarışa 93 ölkədən 606 cüdoçu qatılıb. Onlardan 362 nəfəri kişi, 244-ü qadındır.








Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-cudo-millisi-boyuk-debilqe-turnirinde-4-medal-qazanib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR