Tokio, 2 may, AZƏRTAC
Yaponiyanın NHK televiziyasının yaydığı məlumata əsasən, Asiya İnkişaf Bankının (AİB) rəhbəri regionun inkişafı məqsədilə Çinin təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) ilə əməkdaşlığa razılığını bildirib.
Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı ərəfəsində AİB-nın prezidenti Takehiko Nakao Asiya İnfrastruktur İnvestisiyaları Bankının müvəqqəti çoxtərəfli katibliyinin baş katibi Çzin Liçyunla Azərbaycanda görüşüb. Asiya bankının rəsmi nümayəndələrinin bildirdiyinə görə, Takehiko Nakao və Çzin Liçyun bir saat davam etmiş danışıqlar zamanı birgə maliyyələşdirmə və digər məsələlərlə bağlı müzakirələr aparıblar. Tərəflər davamlı inkişaf və yoxsulluğun azaldılması üçün infrastrukturun inkişaf etdirilməsinin həyati əhəmiyyətə malik olduğunu təsdiq ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio