“Report” “Fergana”ya istinadən xəbər verir ki, etirazçılar gənclər üçün yeni iş yerlərinin açılmasını, ölkədə islahatların keçirilməsini, Nur Otan Partiyasının sədri, Prezident Nursultan Nazarbayevin istefasını tələb ediblər.
Hüquq-mühafizə orqanları aksiyada iştirak edən onlarla şəxsi saxlayıb.
Fevralın 27-də Nursultan Nazarbayevin sədrliyi ilə hakim partiyanın XVIII qurltayı keçirilir. O, qurultaydakı çıxışında dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən şəxslərin maaşlarının 30 faiz artırlması barədə tapşırıq verib.
Qeyd edək ki, fevralın 21-də Qazaxıstan hökuməti istefaya göndərilib.