“Fulhem” baş məşqçisi Klaudio Ranyerini istefaya göndərib.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, Premyer Liqanın son turunda “Sauthempton”a məğlubiyyətdən (0:2) sonra bu qərar verilib. Komanda sabiq yarımmüdafiəçisi Skott Parkerə tapşırılıb.

Qeyd edək ki, Ranyeri ötən ilin noyabr ayından "Fulhem"ə başçılıq edirdi. London klubu 27 turdan sonra 17 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.