"Bu ilin iki ayında 42 PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub".
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Nazir bildirib ki, terrorçulardan 27-si aparılan təbliğat və izahat işləri nəticəsində təslim olub.
"Türkiyədə istehsal olunan milli texnologiyalar, o cümlədən, pilotsuz aparatlar terrorçuların sığındığı yerlərin aşkarlanmasına əhəmiyyətli dərəcədə kömək göstərir" - deyə nazir əlavə edib.
XƏBƏRDARLIQ: Bu şəxslərə SÜD içmək OLMAZ! - VİDEO - Oxumaq üçün tıkla