Keniyada helikopter qəzaya uğrayıb, pilot və 4 ABŞ vətəndaşı ölüb
Paylaş
83 baxış·1 dəq oxu
Bakı. 4 mart. REPORT.AZ/ Kenyanın şimal qərbində yerləşən Turkan gölü bölgəsində helikopterin qəzaya uğraması nəticəsində bir pilot və 4 ABŞ vətəndaşı ölüb. “Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Kenyanın Milli Polis Mərkəzindən bildiriblər. Helikopterin göyərtəsndə biri pilot və ABŞ vətəndaşı olan 4 turist olub. Hadisənin səbəbi araşdırılır.