“Hamı elə bilir ki, oğlumdur”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Könül yarası” serialının baş rol ifaçısı Fidan Axundova rəsmi "İnstagram" səhifəsində bacısı Aydan Axundova ilə olan şəklini şərh edərkən yazıb:

“İndi bu şəkli görən hamı elə bilir ki, mənim oğlum var. Sən artıq böyümüsən o vaxt özünə görə oğlan idin, indi isə mənim ən gözəl dostum, sirdaşıma çevrilmisən gözəl bacım”.

Qeyd edək ki, “Könül yarası” serialı həftə içi hər gün 19:00-da ARB telekanalında yayımlanır.