Hündürmərtəbəli binalara təbii qazın verilməsi necə baş verir?

Qaz abonentlərinin tez-tez verdiyi suallardan biri yaşayış yerlərinin qazlaşdırılması məsələsiylə bağlıdır.

Hündürmərtəbəli binalara təbii qazın verilməsi necə baş verir?

Metbuat.az xəbər verir ki, sulla bağlı "Azəriqaz" İstehsalat Birliyindən verilən cavabda bildirilir:

“Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi “Azəriqaz” İB və müvafiq dövlət qurumları ilə razılaşdırılmış layihə sənədləri əsasında MTK-nın sifarişi ilə xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Belə ki, tikinti təşkilatları tərəfindən razılaşdırılmış layihəyə, “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə qaydalarının”, eləcədə qüvvədə olan Tikinti Norma və Qaydalarının tələblərinə uyğun tikinti - quraşdırma işləri aparılır və texniki-icra sənədləri tərtib olunur.

Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən qaz şəbəkəsinin istismara qəbul kоmissiyаsının аktı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunur. “Azəriqaz” İB-nin müvafiq struktur bölməsi tərəfindən qaz şəbəkəsinə yerində baxış keçirildikdə irad aşkarlanmazsa, dislokasiya siyahısı üzrə mənzillərə təbii qazın verilməsinə icazə verildikdən, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bu yazını oxumadan su filtri ALMAYIN! - Yoxsa tez xarab olacaq... – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR