Aktrisa Zümrüd Qasımovanın başına iş gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin yol gedərkən avtomobilinin təkəri partlayıb.
Qasımova bu barədə İnstaqramda yazıb.
Onun köməyinə isə Dövlət Yol Polisinin əməkdaşları çatıb. Belə ki, onlar aktrisaya maşının təkərini dəyişməsində yardımçı olublar.
Zümrüd polislərə təşəkkür edərək "Bu gün 20 nömrəli məktəbin yanında az qala qəza şəraiti yaradacaqdım. Lakin bizim yol polisinin yardımı nəticəsində qəzadan qurtulduq. Elə yoldaca maşınımın təkəri dəyişdirildi. Göstərdikləri yardıma görə bütün polis işçilərinə və şəxsən Güləhməd İsmayılova təşəkkür edirəm! Eşq olsun Azərbaycan polisinə!" deyə, yazıb.
Qeyd edək ki, aktrisa YUĞ Teatrında çalışır.
Milli.Az