Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova Daşkənddə həbs olunub.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.
Məlumata görə, onun barəsində seçilmiş azadlığın məhdudlaşdırılması qətimkan tədbiri ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə ilə əvəzlənib.