NATO-nun təlim qrupu Azərbaycan Ordusunun zabitlərinə seminar keçir
Paylaş
·69 baxış·1 dəq oxu
Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Hərbi Hava Qüvvələrinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilən Mi-17 helikopter cütlüyünün 1-ci səviyyəli NATO (NEL-1) qiymətləndirilməsinə hazırlıq məqsədilə Bakıda “Helikopterlərin iştirakı ilə hava əməliyyatları” mövzusunda seminar keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. NATO-nun mobil təlim qrupu tərəfindən keçirilən və martın 8-dək davam edəcək seminarda müxtəlif mövzularda brifinqlər təqdim ediləcək.