"Son vaxtlar orduda qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında artım müşahidə olunur".
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
Komissiya sədri erməni hərbi qulluqçularının ölüm faktının gizlədilməsi praktikasını tənqid edib və deyib ki, kimin nə məqsədlə bunu gizlətməsi müəyyən ediləcək, məsuliyyətə cəlb olunaraq, cəzalandırılacaq.
Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla