Bakı. 7 mart. REPORT.AZ/ “SOCAR Media” Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar təşkil edir.
“Report” xəbər verir ki, Azərbaycanda rəsmi fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal olan jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri seminarda iştirak etmək məqsədi ilə qeydiyyatdan keçə bilərlər.
Seminar martın 11-də “SOCAR Tower”də keçiriləcək. Seminarda SOCAR rəhbərliyi, eləcə də tanınmış beynəlxalq jurnalistlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braun iştirak edəcəklər. Seminarda təşkil olumuş ayrı-ayrı sesiyalarda neft-qaz mövzusunda reportajların hazırlanması ilə bağlı tanıtım; geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması; enerji mövzuları üzrə nece effektiv jurnalist olmalı; ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması; yalan xəbərlərlə mübarizədə medianın rolu mövzularında məruzələr dinləniləcək, müzakirələr keçiriləcək. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.