“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiy Əhməd Əli öz "Twitter" mikrobloqunda yazıb.
Hava gəmisinin göyərtəsində 157 nəfər olduğu, həmçinin ölənlərin olduğu bildirilir.
"Baş nazirin ofisi Efiopiya hökuməti və xalqı adından bu səhər Keniyanın paytaxtı Nayrobiyə uçan "Ethiopian Airlines"ə məxsus "Boeing 737"də öz yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verir", — deyə o bildirib.