Xaçmazda avtomobildən 30 yeşik alma yola dağıldı - VİDEO - FOTO

Xaçmazda avtomobildən 30 yeşik alma yola dağıldı - VİDEO - FOTO
18:05 10 Mart 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda yol ilə hərəkətdə olan avtomobilin yükü yerə dağılıb.

Milli.Az Report-a istinadən bildirir ki, Xaçmaz-Quba yolunun 7-ci km-də "Qazel" markalı avtomobilin arxa qapısı açılıb və 30 yeşik alma yola dağılıb.

Yükün sahibi olan Zaur Mehdiyev almaları Xaçmaz rayonunun kəndlərindən alaraq, satmaq üçün Sumqayıt şəhərinə aparırmış. Ona təqribən 500 manatdan çox maddi ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
Xaçmazda avtomobildən 30 yeşik alma yola dağılıb

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/737650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR