Mərkəzi Bankın valyuta ehtiyatı azaldı (VİDEO)

Mərkəzi Bankın valyuta ehtiyatı azaldı (VİDEO)
17:16 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları azalıb.

ANS TV-nin məlumatına görə, son 5 ayda bu tendensiya daha da sürətlənərək nəhayət dekabrın sonunda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatı 13,7 milyon dollara düşüb. Qurumun bununla bağlı yaydığı bəyanatda bildirilir ki, valyuta ehtiyatlarının saxlanılmasının başlıca məqsədi pul və valyuta siyasətinin həyata keçirilməsi, ölkədaxili maliyyə sabitliyinin təmin olunmasıdır. Bu məqsədlə Mərkəzi Bank 2014-cü ilin 11 ayında manatın dollara qarşı kəskin bahalaşmasının qarşısını almaq üçün 1milyard 270 milyon dollarlıq alış yönlü müdaxilə edib. Dekabr ayında isə rublun kəskin ucuzlaşması Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib.

Nəticədə ölkədə dollara tələbat artıb. Manatın məzənnəsini qorumaq üçün Mərkəzi Bank bazara 1 milyard 127 milyon dollarıq satış yönlü müdaxilə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR