32 yaşlı ispaniyalı model Alba Karilo "Real" fanatlarının sosial şəbəkədə ona ünvanladığı tənqidə münasibət bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, fanatlar klubun qolkiperi Tibo Kurtuanın son oyunlarda zəif çıxışına görə modeli günahlandlırıb. Karilo Kurtua ilə görüşmədiyini, cəmi bir dəfə birlikdə nahar etdiyini deyib.
"Mənim zəhləmi tökməyin. Futbol fanatları axmaq insanlardır. Bunlar cəmiyyətin tullantılarıdır. Mətbuat da həddini aşıb. Adamı incitməkdən zövq alır. Ümid edirəm ki, Kurtua mənə nifrət aşılayan bu xəbərlərə münasibət bildirəcək. "Real"dan xahiş edirəm, qol vurun ki, pis oyuna görə qadınlar günahlandırılmasın", - model bildirib.
Milli.Az