Mövcud şəffaf displeylərin əksəriyyəti orqanik işıq saçan diodlardan istifadəyə əsaslandığı halda yeni texnologiya monitora işlək vəziyyətdə şəffaf, istifadə zamanı isə tamamilə qeyri-şəffaf olmağa şərait yaradır ki, təsvirin keyfiyyəti korlanmasın. İşıq çaxmaqları həmçinin enerjidən az istifadə edir ki, bu da texnologiyanın effektivliyini daha da artırır. Hazırda alimlər enerjinin yalnız qeyri-şəffaf və şəffaf təsvir arasında keçmə zamanı istifadə olunması üzərində çalışırlar. Bu, monitorları maksimal enerjiyə qənaətcil edəcək.
Texnologiyanın kommersiya istifadəsinə nə vaxt verilməsi barədə hələ ki məlumat verilmir, - "4PDA” yazır.