Nigeriyanın Laqos ştatında üçmərtəbəli məktəb binası çöküb.
Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, dağıntılar altında 100-dən çox şəxsin qaldığı bildirilir.
Hazırda həmin şəxslərin xilas olunması üçün işlər aparılır.
Ölənlərin ola biləcəyi istisna edilmir.
Binanın çökmə səbəbi məlum deyil, insidentlə bağlı araşdırma başlayıb.