Nigeriyada məktəb binası çöküb, dağıntılar altında 100-dən çox insan qalıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, çöküntülər altında qalanların çıxarılması üçün xilasedicilər cəlb edilib.
Belə ki, ölkənin ən böyük şəhəri olan Lagosda 3 mərtəbəli məktəb binası naməlum səbəbdən çöküb. Rəsmilər çoxlu sayda məktəblinin xəstəxanalara yerləşdirildiyini açıqlayıb. Aralarında ağır yaralılar var. Şahidlər çökmənin şagirdlər dərsdə olanda baş verdiyini deyir.