Azərbaycanlı gimnast: Dünya Kubokuna dünyanın ən güclü idmançıları qatılacaq

Azərbaycanlı gimnast: Dünya Kubokuna dünyanın ən güclü idmançıları qatılacaq
21:01 13 Mart 2019
91 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokuna dünyanın ən güclü idmançıları qatılacaq.

Bunu Trend-ə azərbaycanlı gimnast Murad Ağarzayev deyib.

M.Ağarzayev bildirib ki, Dünya Kubokunda Olimpiya çempionları, dünya çempionları iştirak edəcək.

Özünün qələbə şanslarını qiymətləndirən M.Ağarzayev deyib ki, yaxşı nəticə göstərməyə çalışacaq:

“Yarışa hazırlıq yaxşı gedir. Fikrimcə, ən yaxşı nəticələri sərbəst hərəkətlərdə və dayaqla tullanmada əldə edəcəyəm. Mən bu növlərdə ən azı finala çıxmağa ümid edirəm”.

Qeyd edək ki, martın 14-17-də Bakıda idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3032498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR