İNANILMAZ! Düz 619 ildir ki...

Sivasda tarixi Halfelik qəbiristanlığında olan 40 qəbirdən günümüzə çatmağı bacaran 14 məzar daşı, Teymur və ordularının 619 il əvvəl Sivasda həyata keçirdiyi, hələ də mübahisələrə mövzu olan istilaya işıq tutur. Teymurun Sivası işğalındakı qaranlıq nöqtələri işıqlandırır.


Metbuat.az türk mediasına istinadla xəbər verir ki, Sivas Bələdiyyəsi Qəbiristanlıqlar Müdiri İsmət Almaz, Teymur və ordularının Ankara döyüşü öncəsi Sivasda həyata keçirdikləri dəhşətli zəbtinin altında, Teymur ilə razılaşmanın yatdığını ifadə edib, edilən razılaşmaya baxmayaraq Sivasda yaşayan qeyri-müsəlmanların Teymurun ordusuna hücum edib əsgərlərini şəhid etmələrindən sonra ordu içərisindəki Monqolların basqını həyata keçirdiyini irəli sürüb.

Almaz "bu hadisə 619 il öncə Teymur və ordularının Sivası işğalına əsaslanır. Teymur 1402 Ankara döyüşündən əvvəl Sivası keçmək məcburiyyətində qalır. Sivasdan alacağı dəstək ilə ordusunu gücləndirməyi planlaşdırarkən Sivasdaki müsəlman əhali ilə qeyri müslim əhalinin yarı yarıya olduğunu görür. Sivasın rəhbərləri bir müqavilə edir. Ancaq qeyri-müsəlmanlardan ibarət bir dəstə gizlicə Teymurun ordusuna hücum edib 100 əsgəri şəhid edir. Dolayısı ilə Sivas müqaviləyə sadiq qalmır. Teymur və Teymurun ordusu içərisində Monqol qüvvələr bu vəziyyətə hədsiz əsəbiləşir. Bunun üzərinə Sivasda daş üstündə daş, baş üstündə baş qalmayacaq şəkildə bir hərəkat başlanır. Miladi 1400 ilində baş verir bu hadisə" deyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR