Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun görüşü keçirilib

Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun görüşü keçirilib
19:07 15 Mart 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın paytaxtı Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun görüşü keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.
Görüşdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolları idarələri və logistika şirkətlərinin nümayəndələri iştirak ediblər.
İşçi qrup Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı yolları, 2019-cu il üçün tarif planları, Aktau və Bakı limanları vasitəsilə yüklərin daşınması məsələlərini müzakirə ediblər.
Tədbirdə yük daşınmalarına nəzarət üçün operativ informasiya mübadiləsi barədə razılıq əldə olunub. Toplantının yekununda müvafiq protokol imzalanıb.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/tbiliside-transxezerin-inkisafi-uzre-isci-qrupun-gorusu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR